...

COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadılıb

Cəmiyyət Materials 3 Dekabr 2022 11:19 (UTC +04:00)
COVID-19-la mübarizə aparan həkimlərin maaşlarına əlavənin müddəti uzadılıb

Bakı. Trend:

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

Trend xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2023-cü il yanvarın 1-dək veriləcək.

Əvvəl bu müddət 2022-ci il noyabrın 1-dək müəyyən edilmişdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti