...

Azərbaycanla əməkdaşlıq qurmaq niyyətindəyik - Beynəlxalq Astronavtika Federasiyası (ÖZƏL)

Cəmiyyət Materials 5 Dekabr 2022 12:18 (UTC +04:00)
Azərbaycanla əməkdaşlıq qurmaq niyyətindəyik - Beynəlxalq Astronavtika Federasiyası (ÖZƏL)

Trend-i buradan izləyin

Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Beynəxalq Astronavtika Konqresinin Bakıda keçirilməsinin səbələrindən biri Azərbaycanla bu sahədə əməkdaşlıqlar qurmaqdır.

Bunu bu gün Trend-ə özəl açıqlamasında Beynəlxalq Astronavtika Federasiyasının icraçı direktoru Kristian Feichtinger deyib.

"Beynəxalq Astronavtika Konqresinin Bakıda keçirilməsinin səbələrindən biri Azərbaycanla bu sahədə əməkdaşlıqlar qurmaqdır. Konqres çərçivəsində görüşlər keçirləcək. Bununla da gələn insanlar Azərbaycanın, "Azərkosmos"un gördüyü işləri, bu sahədə olan layihələri görəcəklər. Eyni zamanda Azərbaycanın potensialının şahidi olacaqlar. Bu, müxtəlif səviyyədə tərəfdaşlığı stimullaşdıracaq. Konqresə 6 mindən çox insanın gəlməsi gözlənilir. Bu da öz növbəsində Azərbaycanın turizminə ciddi təsir göstərəcək. İnsanlar gəlib Azərbaycanın gözəlliyini görəcək və növbəti dəfə ailələri ilə gələcəklər. " - deyə o bildirib.

Qeyd edək ki, 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresine ev sahibliyi etmək hüququ qazanıb. Bakıda keçiriləcək Beynelxalq Astronavtika Kongresinə hazırlıq işlərinin effektiv və koordinasiyalı həyata keçirilməsi üçün 2022-ci ilin fevral ayında yerli dövlət qurumlarından ibarət Təşkilat Komitəsi yaradılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti