...

USAID-in missiya direktoru Azərbaycanda ictimai nəzarətin onlayn platformasının üstünlüklərindən danışıb

Cəmiyyət Materials 6 Dekabr 2022 11:39 (UTC +04:00)
USAID-in missiya direktoru Azərbaycanda ictimai nəzarətin onlayn platformasının üstünlüklərindən danışıb
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda ictimai nəzarətin onlayn platformasının üstünlüyü ondan ibarətdir ki, hər kəs məlumat mübadiləsi aparır və operativ reaksiya verir ki, bu da sonda yüksək keyfiyyətli nəticələrə gətirib çıxarır.

Trend xəbər verir ki, bunu USAID-in Azərbaycandakı missiyasının direktoru Maykl Nerbass "İctimai nəzarətin onlayn platforması" layihəsi (www.enezaret.az) çərçivəsində görülən işlərin nəticələrinə həsr olunmuş dəyirmi masada deyib.

"Müraciətlər həll olunduqca, insanlar nəticəsini gördükcə yeni müraciətlərin sayı da artır. İl ərzində daxil olan müraciətlərin 70 faizi öz həllini tapıb. Bu çox yaxşı nəticədir, lakin biz daha çox nailiyyət əldə etməyə çalışırıq. Vətəndaşlar nə qədər fəal olarsa, hökumətin müraciətlərə reaksiyası da bir o qədər tez olar. Bu da öz növbəsində müvafiq dövlət qurumlarının fəaliyyətinə töhfə verir”, - deyə o bildirib.

İctimai Nəzarət Onlayn Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq üçün Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində Milli Açıq Hökumət Platforması ilə birgə həyata keçirilən pilot layihədir.

Bu platformanın yaradılmasında məqsəd ictimai maraq doğuran bəzi məsələlər (yollar, infrastruktur, abadlıq və s.) ilə bağlı vətəndaşlardan video və foto sübutlarla məlumat almaq və onların aidiyyəti dövlət orqanlarında həllinə nail olmaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti