Bakı. Trend:
Son zamanlar uşaqlar arasında artıq çəki və piylənmə halları artıb. Azərbaycan əhalisinin təxminən 20 %-ə yaxınının artıq çəkidən əziyyət çəkdiyi deyilsə də, hesab edirəm ki, bu say bir qədər də artıqdır. Çünki ÜST-ün sənədlərində bu göstərici 50-60 %-in üzərindədir.
Trend-in məlumatına görə, bunu bu gün “Sağlam çəkiyə doğru” layihəsinin təqdimatı mərasimində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
O qeyd edib ki, artıq çəki və piylənmə insan ömrünü ən azı 10 il qısaldır.
"ÜST-ün daha bir rəqəminə görə dünyada yaşayan 8 milyard əhalinin 20 milyonu artıq çəkidən əziyyət çəkir. Bu problemin nə dərəcə ağır və təhlükəli olduğu göz önündədir", - deyə o əlavə edib.