...

Azərbaycanda yeni doğulan körpələrin sayı açıqlanıb

Cəmiyyət Materials 14 Dekabr 2022 16:06 (UTC +04:00)
Azərbaycanda yeni doğulan körpələrin sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr aylarında Azərbaycan üzrə 103 502 körpə doğumu qeydə alınıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 11,0-dan 12,3-ə qədər artmışdır.

Doğulan uşaqlar arasında oğlanların xüsusi çəkisi 52,8 faiz, qızların xüsusi çəkisi isə 47,2 faiz olmuşdur. Körpələrdən 2892-si əkiz, 135-i üçəm, 8-i isə dördəm doğulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti