...

Bu gün bəzi icra hakimiyyətlərində humanitar məsələlər üzrə müavinlər yoxdur - Sədaqət Qəhrəmanova

Cəmiyyət Materials 15 Dekabr 2022 15:42 (UTC +04:00)
Bu gün bəzi icra hakimiyyətlərində humanitar məsələlər üzrə müavinlər yoxdur - Sədaqət Qəhrəmanova
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün bəzi icra hakimiyyətlərində humanitar məsələlər üzrə müavinlər yoxdur. Onlar həm də gender üzrə məsul şəxsdir.

Trend xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova deyib.

Onun sözlərinə görə, düşünürlər ki, gələn ildən sosial məsələlər üzrə müavinlər gendərə məsul şəxs olsun.

“Çünki gender sosial məsələdir. Biz Milli Məclisin Əmək və sosial siyasət komitəsini də prosesə cəlb etmək istəyirik”, - deyə o qeyd edib.

Sədr müavini uşaq doğulandan sonra 14 gün ödənişsiz müavinətin kişilərə sərf etmədiyini deyib. “Kişilərin uşağın tərbiyəsinə olan münasibəti dəyişməlidir. Uşaq təkcə qadına aid deyil. Uşağı birgə böyütmək lazımdır”, - deyə o qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti