Bakı. Trend:
Azərbaycanda cinsi ayrı-seçkiliyə görə pozuntular ən çox məişət zorakılığı ilə bağlıdır.
Trend-in məlumatına görə, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Milli Məclisin bu gün keçirilən iclasında gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatını təqdim edərkən deyib.
O qeyd edib ki, ölkədə müvafiq qurumlar tərəfindən məişət zorakılığnın qarşısının alınması istiqamətində aparılan tədbirlər Milli Fəaliyyət planına uyğun olaraq həyata keçirilib.
B.Muradova bildirib ki, 2021-ci ildə məişət zorakılığı ilə bağlı 2197 cinayət qeydə alınıb və bu cinayətin hər beşindən biri qısqanclıq zəminində baş verib. Komitə sədri vurğulayıb ki, 10 min hüquqazidd əməllərin qarşısı alınıb və bu cinayətlərin qarşısı alınmasaydı, vəziyyət daha pis olardı.