...

AZAL təxirə salınmış Bakı-Naxçıvan aviareyslərinin sərnişinlərinə müraciət edib

Cəmiyyət Materials 20 Dekabr 2022 13:37 (UTC +04:00)

Bakı. Trend:

“Azərbaycan Hava Yolları” QSC dekabrın 17-də əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 255/257 və 256/258 nömrəli reyslərinin sərnişinlərinə müraciət edib.

“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, planlaşdırılan uçuşa qeydiyyatdan keçmək üçün bu gün, dekabrın 20-də hava limanına öncədən yaxınlaşmağınız xahiş olunur.

"Bakıdan bütün uçuşlar saat 14:20, 15:00 və 17:10-da həyata keçiriləcək.

Naxçıvandan uçuşlar saat 16:40, 17:20 və 19:30-da yerinə yetiriləcək.

AZAL digər təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir. Onların cədvəli tezliklə dərc olunacaq.

Bununla yanaşı, xüsusilə qeyd edirik ki, uçuşların təhlükəsizliyi məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata keçiriləcək", - müraciətdə bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti