Bakı. Trend:
Dekabrın 18-də əlverişsiz hava şəraiti ilə əlaqədar təxirə salınmış Bakı-Naxçıvan-Bakı marşrutu üzrə 251/253 , 252/254 və 255/256 nömrəli reyslərinin sərnişinlərinə müraciət edib.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Bakıdan Naxçıvana bütün uçuşlar saat 21:10 və 23:30-da həyata keçiriləcək.
"Naxçıvandan Bakıya uçuşlar saat 23:30 və 01:50-də (21 dekabr) yerinə yetiriləcək.
Planlaşdırılan uçuşa qeydiyyatdan keçmək üçün bu gün, dekabrın 20-də hava limanına öncədən yaxınlaşmağınız xahiş olunur.
AZAL təxirə salınmış reyslərin sərnişinlərindən uçuşlar haqqında
ən son məlumatları aviaşirkətin rəsmi sosial şəbəkə səhifələrində
və kütləvi informasiya vasitələrində izləmələrini xahiş edir.
Bununla yanaşı, xüsusilə qeyd edirik ki, uçuşların təhlükəsizliyi
məqsədilə bütün reyslər yalnız əlverişli hava şəraitində həyata
keçiriləcək", - məlumatda deyilir.