...

Uşaq evlərindəki uşaqların sayı açıqlanıb

Cəmiyyət Materials 27 Dekabr 2022 11:45 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu günə qədər övladlığa götürülmüş 1273 uşağın monitorinqi həyata keçirilib.

Trend-in məlumatına görə, bunu bu gün Sosial Xidmətlər Agentliyinin İdarə heyətinin sədri Vüqar Behbudov 2022-ci ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, görülmüş reinteqrasiya tədbirləri nəticəsində ümumilikdə ötən dövrdə 240 uşaq ailəsinə qaytarılıb.

"Onlardan 94 nəfəri qız, 146-sı oğlandır. Bu uşaqlardan 109-u bu il reinteqrasiya edilənlərdir. 01.11.2022-ci il tarixindən 9 nəfəri oğlan, 9 nəfəri qız olmaqla 18 nəfər uşaq müəssisələrinə yerləşdirilib. Hazırda 640 nəfəri qız, 923 nəfəri oğlan olmaqla müəssisələrdə olan uşaq sayı 1563 nəfərdir. Övladlığa verilməsi mümkün olan uşaqların sayı isə 66-dır".

Xəbər lenti

Xəbər lenti