...

Bu il DOST Agentliyinə 620 minə yaxın müraciət daxil olub

Cəmiyyət Materials 30 Dekabr 2022 11:10 (UTC +04:00)
Bu il DOST Agentliyinə 620 minə yaxın müraciət daxil olub
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bu il DOST Agentliyinə 620 minə yaxın müraciət daxil olub.

Trend-in məlumatına görə, bunu DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov ilin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, ümumilikdə isə bu günə qədər agentliyə daxil olan müraciətlərin sayı 1 milyon 270 mindən çoxdur.

"Bu il həmçinin 142 Çağrı Mərkəzi tərəfindən 1 milyon 548 min nəfər vətəndaşın müraciəti cavablandırılıb. İl ərzində şəhid ailə üzvləri, Vətən müharibəsi dövründə xəsarət alan hərbi qulluqçu və əlilliyi müəyyən edilmiş şəxslərə xidmət göstərən Vahid Əlaqələndirmə Mərkəzi tərəfindən 220 mindən çox müraciət qeydə alınıb",- F.Məmmədov deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti