...

Dövlət Xidməti Oğuz meşəsində kütləvi ağac kəsintisi ilə bağlı xəbərlərə aydınlıq gətirib

Cəmiyyət Materials 6 Yanvar 2023 12:40 (UTC +04:00)
Dövlət Xidməti Oğuz meşəsində kütləvi ağac kəsintisi ilə bağlı xəbərlərə aydınlıq gətirib
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

“Oğuz rayonu Tayıflı kəndinin ətrafındakı meşələrdə ağacların kütləvi şəkildə kəsilərək ağac emalı sexlərinə daşınması barədə” bir sıra kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlarla bağlı bayram günlərində Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən araşdırma aparılıb.

Trend-in məlumatına görə, bunu bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, araşdırma zamanı sözügedən məlumatda adları şikayətçi kimi çəkilən Oğuz rayonu Tayıflı kənd sakinləri Şirinov Tapdıq Zahid oğlu, Dursunov Mürvət Seyid oğlu və Xəlilov İlham Nəcməddin oğlu Oğuz Rayon İcra Hakimiyyəti başçısının Tayıflı icra nümayəndəliyində yazılı izahat verərək müraciətdə adlarının qeyd olunmasına baxmayaraq, həmin müraciətin yazılmasından xəbərsiz olduqlarını bildiriblər.

"Lakin buna baxmayaraq, Oğuz rayonu Tayıflı kənd ətrafında yerləşən meşə dolaylarına yerində baxış keçirilərkən ağacların kütləvi şəkildə kəsilməsi və ağac emalı sexlərinə daşınması halları qeydə alınmayıb.

Süni ajiotaj yaratmaq məqsədilə yalan, böhtan və dəqiqləşdirilməmiş məlumatlar yayan kütləvi informasiya vasitələrini “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl etməyə çağırırıq",- H.Əlizadə deyib.

Xəbər lenti

Xəbər lenti