Bakı. Trend:
"ASAN xidmət" Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlara müraciət edib.
Xidmətdən Trend-ə verilən xəbərə görə, müraciətdə bildirilib ki, yaşayış yeri üzrə Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan vətəndaşlara “ASAN xidmət” mərkəzlərində şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi üzrə xidmətlər göstərilir.
Müvafiq xidmətlər barədə daha ətraflı:
• Şəxsiyyət vəsiqəsinin etibarlılıq müddətinin bitməsi ilə əlaqədar
dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin itirilməsi, korlanması və oğurlanması halı
ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin ad, soyad, ata adının dəyişdirilməsi ilə
əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısının (çipinin) korlanması
ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin qan qrupu, göz rəngi və boy ilə bağlı
məlumatlarda dəyişiklik edilməsi ilə əlaqədar dəyişdirilməsi;
• Şəxsiyyət vəsiqəsinin yazılarında dəqiqsizlik müəyyən edilməsi
ilə əlaqədar dəyişdirilməsi;
• Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslər haqqında arayışın
verilməsi.
Vətəndaşlarımızdan əlavə vaxt itkisinin və məsrəflərinin qarşısını
almaları, mərkəzlərdə növbə gözləmədən xidmətlərdən yararlanmaları
məqsədilə "ASAN növbə" mobil tətbiqindən istifadə etmələri xahiş
olunur.
Eyni zamanda mərkəzlərə birbaşa müraciət zamanı Bakı şəhəri,
Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi 79 ünvanında yerləşən 7
saylı Bakı "ASAN xidmət" mərkəzinə üstünlük vermələri tövsiyə
edilir.