...

"WhatsApp" mesajları başqa telefona köçürməyi asanlaşdırır

Cəmiyyət Materials 9 Yanvar 2023 14:07 (UTC +04:00)
"WhatsApp" mesajları başqa telefona köçürməyi asanlaşdırır
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

“WhatsApp”ın təqdim etdiyi yeni funksiya istifadəçi rahatlığını artıracaq.

Trend-in məlumatına görə, tətbiqin hazırkı yeniliyi mesajları “QR kod” ilə daşımaq qabiliyyətidir.

“WhatsApp”da söhbətlərinizi başqa telefona köçürməzdən əvvəl “Google” hesabınızı qoşmalı və söhbətləri buludlara yükləməli idiniz. Yedəkləməni yeni cihazınıza endirdikdən dərhal sonra mesajın ötürülməsi prosesi tamamlanırdı.

Yeni mesajdaşıma funksiya isə “QR kod”dan istifadə edərək bütün söhbətlərinizi başqa telefona köçürməyə imkan verir. Bu yolla artıq mesajları buludlara, daha sonra yeni cihaza yükləməyə ehtiyac qalmayacaq.

“WhatsApp”ın mesajları daşıma funksiyasından istifadə etmək üçün əvvəlcə proqram daxilindən “Parametrlərə daxil olmalısınız.

Daha sonra “Söhbətlər bölməsinə keçin və oradan “Mesajları köçürün üzərinə klikləyin .

"Mesajları daşı" bölməsində köçürmə prosesi üçün “QR kod” yaradılacaq. Bunu yeni telefonunuzun kamerası ilə oxudduğunuz zaman proqram mağazasına yönləndiriləcəksiniz. “WhatsApp”-ı buradan yükləyin. Tətbiqi açdığınız zaman hesabınıza avtomatik olaraq daxil olacaq və bütün söhbətləriniz köçürüləcək.

Yeni funksiyanın yaxın günlərdə hər kəsin istifadəsinə veriləcəyi gözlənilir. Bundan əlavə, mesajın daşınması hələ inkişaf mərhələsində olduğundan, onun istifadəsində bəzi dəyişikliklər ola bilər.

Qeyd edək ki, “WhatsApp”ın yeni funksiyasından istifadə edərkən köçürərkən xəta ilə qarşılaşa bilərsiniz. Çünki bəzi istifadəçilər mesajların tam ötürülmədiyini, bəziləri isə bütün mesajların silindiyini və köçürmə prosesinin tamamlanmadığını bildirirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti