...

Təcili tibbi yardım avtomobilləri hava şəraitinə uyğunlaşdırılıb - TƏBİB

Cəmiyyət Materials 9 Yanvar 2023 10:44 (UTC +04:00)
Təcili tibbi yardım avtomobilləri hava şəraitinə uyğunlaşdırılıb - TƏBİB
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, eləcə də 113 Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası gücləndirilmiş iş rejiminə keçib.

TƏBİB-dən Trend-ə verilən məlumata görə, sürüşkən buzlu yollarda rahat hərəkət məqsədilə avtomobillərə zəncirlər paylanılıb.

Bakı şəhərindəki relyefi çətin ərazilərdə xidmət göstərmək üçün 6 ədəd sanitar avtomobil ( 2- Pajero, 2-UAZ, 2 ədəd- 4•4 Mersedes VİTO) hazır vəziyyətə gətirilib.

Eyni zamanda digər sanitar avtomobillərin də texniki vəziyyəti çətin hava şəraitində xidmət göstərmək üçün uyğunlaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti