Bakı. Trend:
İndiyə qədər Media Reyestrində qeydiyyatdan keçmək üçün 200-dən artıq media subyekti müraciət edib.
Trend-in məlumatına görə, bunu Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov bu gün Agentliyin 2022-ci ilin yekunlarına dair hesabat konfransında deyib.
O qeyd edib ki, müraciət edənlərdən 160-a yaxın media subyektinə müsbət cavab verilib, digrlərinin müraciətləri baxılmaqdadır.
Ə.İsmayılov bildirib ki, həmçinin 180-ə qədər jurnalistin müraciəti təsdiq edilib.