Bakı. Trend:
Ölkə ərazisində müşahidə edilən faktiki hava açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-nə olan məlumatına əsasən arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.
Qar örtüyünün hündürlüyü Lerikdə 24 sm, Qobustanda 18 sm,
Altıağacda 17 sm, Qaxda 11 sm, Yardımlıda 10 sm, Qusar, Zaqatalada
9 sm, Xaltanda 8 sm, Göytəpə, Daşkəsəndə 7 sm, Göygöldə 6 sm, Şəki,
Qəbələdə 4 sm olub.
Külək cənub-şərq küləyi Xaçmazda 18 m/s, Şabranda 16 m/s-dək
güclənib.
Duman: Çilov adası, Daşkəsən, Göygöl, Şəmkir, Qəbələ, Şəki, Şamaxı,
Qobustan, Quba, Göyçay, Hacıqabul, Lerikdə müşahidə olunub, dumanda
görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.
Yanvarın 13-də Bakıda iqlim normasından 1.0°-dək aşağı olub,
havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-5°
isti, Naxçıvan MR-da 6-13° şaxta, dağlıq rayonlarda 8-11° şaxta,
aran rayonlarında 2°-dək şaxta olub.
Gələn həftə ərzində ölkə ərazisində hava şəraitinin nisbətən sabit
keçəcəyi gözlənilir. Əsasən yağmursuz hava şəraitinin üstünlüyü,
lakin bəzi şərq rayonlarında və Abşeron yarımadasında səhər
saatlarında duman, çiskinli olacağı gözlənilir. Mülayim cənub-şərq
küləyi əsəcək. Havanın temperaturu tədricən yüksələrək iqlim
normasına yaxınlaşacaq. Gündüz saatlarında Bakıda və Abşeron
yarımadasında 5-7° isti, dağlıq rayonlarda 0-5° şaxta, aran
rayonlarında 5-8°isti olacaq.