...

Aİİ-də Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Yanvar 2023 20:43 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 20 Yanvar – Ümumxalq Hüzn Gününə həsr olunmuş tədbir keçirilib.

Öncə faciə zamanı qətlə yetirilmiş insanların əziz xatirələri bir dəqiqəlik ehtiram sükutu ilə yad edilib.

Aİİ rektoru, dosent Aqil Şirinov mərasimdə açılış nitqi ilə çıxış edərək, Vətənimizin azadlığı, bütövlüyü uğrunda canlarından keçmiş bütün Şəhidlərin ruhlarına rəhmət, qazilərə Allahdan səbir diləyib.

Azadlıq mübarizəsinin ən bariz nümunəsi olan həmin gecə yaşananlar barədə ətraflı danışan rektor faciəli günlərdə Azərbaycan xalqının haqq səsini Moskvadan bütün dünyaya çatdıran Ümummilli Lider Heydər Əliyevin xüsusi xidmətlərini vurğulayıb. Bildirib ki, 20 Yanvar hadisələri zamanı olduğu kimi, 44 günlük Vətən Müharibəsində də xalqımızın birlik ruhunun, bir yumruq kimi birləşməsinin şahidi olduq.

Daha sonra AMEA Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyev tarixi faktlara əsaslanaraq, 20 Yanvar faciəsinədək və ondansonrakı hadisələr barədə bəhs edib. İ.Niftəliyev nitqində dövrün tarixi həqiqətlərini – 20 Yanvarın nə vaxt və haradan başlandığını göstərən hadisələrin xronoloji ardıcıllığını sadalayıb, tarixi faktlara əsaslanan şərhlərini bildirib.

20 Yanvar hadisələrinə siyasi qiymətin ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini vurğulayan İ.Niftəliyev daha sonra bildirib ki, Ümummilli Lider dövrün mürəkkəbliyinə və görüləsi işlərinin çoxluğuna baxmayaraq, tariximizin şanlı və qanlı səhifəsi sayılan 20 Yanvar faciəsinin başvermə səbəbləri və günahkarların araşdırılması ilə bağlı mühüm addımlar atıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti