Bakı. Trend:
“Heydər Əliyev Azərbaycan hüquq islahatlarının banisi kimi” mövzusunda gənc hüquqşünaslarla simpozium keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Gənclər və idman komitəsinin 2023-cü il üçün iş planına daxil edilib.
Bundan əlavə iş planında “Heydər Əliyev İli” çərçivəsində idman mütəxəssisləri, məşqçilər və idmançılarla görüşün, 2 Fevral - Gənclər Gününə həsr olunan və ictimai dinləmələrin keçirilməsi də nəzərdə tutulub.
Həmçinin işlər planında 5 Mart - Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan ictimai dinləmənin keçirilməsi planlaşdırılır. İctimi dinləmədə fəal idman klubları və federasiyaları ilə görüş keçiriləcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə 2023-cü il “Heydər Əliyev İli” elan edilib.