...

Qar örtüyü çaylarda sululuğu artırır

Cəmiyyət Materials 26 Yanvar 2023 09:49 (UTC +04:00)
Qar örtüyü çaylarda sululuğu artırır
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Qış aylarında yüksək dağlıq ərazilərə yağan qar nəticəsində toplanan qar ehtiyatları çaylarda gursululuq axımının formalaşmasına mühüm təsir göstərir.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev Trend-ə bildirib ki, bu ilin yanvar ayının 1-ci ongünlüyündə dağlıq ərazilərdə yağan qar kifayət qədər yüksək qar örtüyünün əmələ gəlməsinə səbəb olub.

“Yaz-yay gursululuq dövründə çaylarda gözlənilən sululuğun proqnozlaşdırılması məqsədilə bu ilin mart ayının 1-ci yarısında Böyük və Kiçik Qafqazın dağlıq ərazilərində çayların hövzələrində qarölçmə işləri aparılacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti