...

Azərbaycanda bir sıra avtomobillərin xüsusi müşahidəsi aparılacaq

Cəmiyyət Materials 1 Fevral 2023 16:25 (UTC +04:00)
Azərbaycanda bir sıra avtomobillərin xüsusi müşahidəsi aparılacaq
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bir sıra avtomobillərin hərəkəti müvafiq dövlət qurumu tərəfindən müşahidə ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında “Avtomobil nəqliyyatı haqqında” qanuna dəyişikliklər müzakirəyə çıxarılıb.

Dəyişikliyə əsasən, aşağıdakı hallardan biri və ya bir neçəsi olduqda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) avtonəqliyyat vasitəsi ilə müşayiət edilməlidir: - nəqliyyat vasitəsinin eni 2,55 metrdən artıq olduqda; - nəqliyyat vasitəsinin hündürlüyü 4 metrdən artıq olduqda; - nəqliyyat vasitəsinin uzunluğu 24 metrdən artıq olduqda; - nəqliyyat vasitəsinin ümumi kütləsi 50 tondan artıq olduqda; - mühafizə və müşayiət avtomobili ilə: - nəqliyyat vasitəsinin eni 3,5 metrdən artıq olduqda; - nəqliyyat vasitəsinin uzunluğu 30 metrdən artıq olduqda; - nəqliyyat vasitəsinin ümumi kütləsi 80 tondan artıq olduqda; - hərəkət zamanı nəqliyyat vasitəsi əks istiqamətdəki hərəkət zolağını bu Qanunun 48.2-ci maddəsində nəzərdə tutulmuş qayda ilə müəyyən edilən hədlərdən artıq tutduqda.

Müzakirələrdən sonra dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti