...

Kəmaləddin Heydərov Süleyman Soyluya və Yunus Sezerə başsağlığı verib

Cəmiyyət Materials 6 Fevral 2023 12:19 (UTC +04:00)
Kəmaləddin Heydərov Süleyman Soyluya və Yunus Sezerə başsağlığı verib

Bakı. Trend:

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov baş vermiş zəlzələ ilə bağlı Türkiyəli həmkarlarına başsağlığı verib.

Trend-in məlumatına görə, K.Heydərov Türkiyənin daxili işlər naziri Süleyman Soyluya və Fövqəladə Halların İdarə olunması Agentliyinin (AFAD) rəhbəri Yunus Sezerə başsağlığı məktubları ünvanlayıb.

Qeyd edək ki, bu gün Türkiyənin müxtəlif bölgələrində 7.4 bal gücündə zəlzələ olub. İndiyədək zəlzələ nəticəsində ölənlərin sayı 284 nəfəri keçib. 2323 nəfər yaralı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti