Şuşa. Trend:
Fevralın 7-i gecə saatlarından yağan qar Şuşa şəhərində nəqliyyt vasitələrinin hərəkətində çətinliklər yaradıb.
Trend-in Şuşaya ezam olunan müxbiri xəbər verir ki, gecə temperaturun aşağı düşməsi rayonun dağ yollarında buzlanmaya səbəb olub. Şəhərdaxili və dağ yollarında gediş-gəliş məhdudlaşıb.
Hazırda yolların qardan təmizlənməsi üçün texnikalar cəlb olunub.
Qeyd edək ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin fevralın 8-nə olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti yağıntılı olub, dağlıq və dağətəyi rayonlarda qar yağıb, bəzi yerlərdə intensivləşib.
Qar örtüyünün hündürlüyü Qaxda 45 sm, Ağdərədə (Ordubad) 32 sm, Şahdağda 14 sm, Xaltanda 12 sm, Göygöl, Gədəbəydə 10 sm, Qrız, Daşkəsən 8 sm, Altıağacda 7 sm, Oğuz 6 sm, Şəkidə 16 sm, Şahbuz 3 sm, Qəbələ, Zaqatala, Qobustanda 1 sm olub.