...

QoldenPey ASC-də yeni təyinatlar!

Cəmiyyət Materials 8 Fevral 2023 17:39 (UTC +04:00)
QoldenPey ASC-də yeni təyinatlar!

Bakı. Trend:

Azərbaycanın ilk və ən böyük onlayn ödəmələr şirkəti – QoldenPey ASC-nin (“GoldenPay” ticarət nişanı ilə fəaliyyət göstərən) İdarə Heyətinə yeni təyinatlar edilib.

QoldenPey ASC-nin İdarə Heyətinin Sədri – Naina Mehdiyevadan aldığımız məlumata əsasən, İdarə Heyətinə 2 yeni üzv təyin edilib, bu dəyişikliklər şirkətə yeni nailiyyətlər gətirmək və daha da inkişaf etmək üçün müstəsna rol oynayacaq. Belə ki, İdarə Heyətinə Abdullayev Eynar Rəfail oğlu və Həsənov Elçin Allahverən oğlu təyin edilib.

Abdullayev Eynar Rəfail oğlu 2020-ci ildən etibarən QoldenPey ASC şirkətində çalışmış və çoxsaylı uğurlu layihə və kampaniyaların həyata keçirilməsində, yerli və beynəlxalq əməkdaşlıqların qurulmasında töhfəsini verib. Hazırda QoldenPey ASC şirkətində Kommersiya üzrə Baş Direktoru vəzifəsini icra edir.

Həsənov Elçin Allahverən oğlu 2015-ci ildən etibarən QoldenPey ASC şirkətində müxtəlif vəzifələrdə çalışıb və şirkətin fəaliyyətində bir sıra uğurlara imza atıb. Hazırda QoldenPey ASC şirkətində Maliyyə üzrə Baş Direktor vəzifəsini icra edir.

Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.

2011-ci ilin aprel ayında QoldenPey ASC şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.

GoldenPay şirkətinin partnyor şəbəkəsinə ABB Mobile, BirBank, Pasha Mobile Bank, Rabitəbank Mobile, Ubank by Unibank, “ASAN Ödəniş” sistemi, Premium Bank Mobile, ExpressPay, CİB.az və bir çox digər təşkilatlar kimi ölkənin aparıcı tətbiqləri daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti