...

Azərbaycanlı uşaqlar öz geyim və oyuncaqlarını Türkiyədəki uşaqlara göndərir (VİDEO, FOTO)

Cəmiyyət Materials 9 Fevral 2023 16:28 (UTC +04:00)
Azərbaycanlı uşaqlar öz geyim və oyuncaqlarını Türkiyədəki uşaqlara göndərir (VİDEO, FOTO)

Bakı. Trend:

Türkiyədəki dəhşətli zəlzələ milyonlarla ürəyə toxundu. Dünyanın bir çox ölkəsindən zərərçəkənlərə yardım göndərilməkdədir, uşaqların öz həmyaşıdlarına yardım etməsi isə xüsusən təsirlidir. Belə ki, azərbaycanlı uşaqlar Türkiyədəki bacı və qardaşlarına kömək edirlər. Axı bir çox uşaq hər şeydən məhrum olaraq evsiz qalıb və çətin vəziyyətdədir, bəzirləri isə valideynlərini və digər yaxınlarını itirib. Belə bir vaxtda həmyaşıdların köməyi də çox vacibdir.

Türkiyədə zəlzələdən zərər çəkənlərə humanitar yardım toplanılan yeni bir məntəqəyə, Heydər Əliyev adına İdman Konsert Kompleksinə böyüklərlə yanaşı, uşaqlar da gəlir. Bəziləri öz oyuncaqlarını gətirir, digərləri isə geyimlərini və hətta yataq dəstlərini. Çox təsirlidir! Uşaq qəlbi saf, işıqlı, məsum və sadədir... Uşaq qəlbinə göstəriş üçün deyil, özü üçün, öz arzusu ilə xeyirxahlıq etmək istəyini aşılamaq, bu istəklə şəxsiyyət formalaşdırmaq - tərbiyənin bütün sirlərinin əsas payı bundadır. Türkiyənin bu çətin günlərində Azərbaycan övladları qardaş xalqın yanındadır!

Qeyd edək ki, humanitar yardımı Bakı ş. Abbas Səhhət küç. 2 (Tbilisi prospekti) ünvanında yerləşən Heydər Əliyev adına İdman Konsert Kompleksinə gətirmək mümkündür.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti