...

Azərbaycanda 37 nəfər COVID-19-a yoluxub

Cəmiyyət Materials 9 Fevral 2023 23:21 (UTC +04:00)
Azərbaycanda 37 nəfər COVID-19-a yoluxub

Bakı. Trend:

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 37 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən yoxdur.

Azərbaycanda indiyədək ümumilikdə 828 174 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 922 nəfər müalicə olunaraq sağalıb, 10 097 nəfər vəfat edib, aktiv xəstə sayı 155 nəfərdir.

Ölkədə son sutka ərzində 1380, hazırkı dövrədək isə 7 502 054 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti