Bakı. Trend:
Türkiyədə zəlzələdə ölənlərin sayı 21 043-ə çatdı. Trend-in məlumatına görə, yaralı sayı isə 80 min 97 nəfərdir.
xxx
15:23
Türkiyədə zəlzələdə ölənlərin sayı 20 937-ə çatdı. Trend-in məlumatına görə, təxliyə edilənlərin sayı isə 102 388-ə yüksəlib.
Qeyd edək ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara səbəb olub. Zəlzələdən zərər çəkmiş 10 vilayətdə üç ay müddətinə fövqəladə vəziyyət rejimi elan olunub. Həmçinin Türkiyədə bir həftəlik matəm elan olunub.