Bakı. Trend:
26-28 aprel 2023-cü il tarixində Azərbaycan Memarlıq və İnşaat
Universitetinin (AzMİU) təşkilatçılığı ilə Bakıda “Seysmik
dayanıqlı müasir qurğular” Beynəlxalq Konqresi (AERS 2023)
keçiriləcək.
Konqresdə Türkiyə, Yaponiya, İtaliya, İngiltərə, Kanada, ABŞ,
Portuqaliya, Danimarka və digər ölkələrdən olan alimlər də iştirak
edəcəklər.
Məqsəd zəlzələ mühəndisliyi sahəsinin tanınmış ixtisasçılarını,
zəlzələ tədqiqat mərkəzlərinin və sektorun aparıcı şirkətlərinin
rəhbərləri ilə bir araya gətirərək müvafiq fundamental və tətbiqi
məsələləri müzakirə etmək üçün unikal forum təşkil etməkdir.
Konqresdə zəlzələ mühəndisliyinin müxtəlif sahələrində zəlzələyə
davamlı strukturların təhlili və layihələndirilməsi sahəsində
tədqiqatlar təqdim ediləcək.
Məruzələr 17 mart 2023-cü il tarixinədək qəbul olunacaq.
Daha ətraflı məlumat və müraciət üçün konqresin rəsmi saytına
(https://aers2023.com) keçid etmək və [email protected]
ünvanına müraciət etmək olar.