...

AGF Trophy-2023 mükafatı braziliyalı gimnastlara verilib (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2023 16:38 (UTC +04:00)
AGF Trophy-2023 mükafatı braziliyalı gimnastlara verilib (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən Batut gimnastikası üzrə dünya kubokunda kişi və qadınların fərdi yarışlarının ardından AGF Trophy-2023-ün qalibləri müəyyənləşib.

Trend xəbər verir ki, Azərbaycan Gimnastika Federasiyası braziliyalı idmançılara xüsusi mükafat verib.

Kişilərdən Rayan Dutra, qadınlardan isə Alise Qomes bu ada layiq görülüblər.

Qeyd edək ki, fevralın 18-19-da Bakıda Milli Gimnastika Arenasında Batut gimnastikası üzrə dünya kuboku yarışları keçirilir. Yarışda dünyanın 16 ölkəsindən 60-dan çox gimnast iştirak edir. Gimnastlar fərdi və sinxron proqramlar təqdim edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti