...

ADPU-da “Elm və təhsilin inkişafında Heydər Əliyevin rolu” mövzusunda konfrans (FOTO)

Cəmiyyət Materials 19 Fevral 2023 21:52 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində dahi liderin həyatının, siyasi fəaliyyətinin, irsinin dərindən öyrənilməsi, təbliği məqsədilə 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə “Elm və təhsilin inkişafında Heydər Əliyevin rolu” adlı konfrans təşkil edilib.

ADPU-dan Trend-ə verilən məlumata görə, konfrans Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və vətənimizin azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

Daha sonra Ümummilli Liderin hhəyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş olundu. Mərkəzin dərnək üzvləri “Azərbaycanın inkişafında Heydər Əliyevin rolu”, “Sən qəlblərdə yaşayacaqsan” adlı kompozisiyalarla çıxışlar etdilər.
Konfransda 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin tədris işlər üzrərə direktor müavini Sevda Cəlilova ”Heydər Əliyevin vətənə sevgisi gənclərə örnəkdir”, metodist Rövşən Əliyev “Heydər Əliyev və Azərbaycan təhsili” adlı məruzələrlə çıxış etdilər.

Tədbirdə Mərkəzin xalq çalğı alətləri ansamblının ifasında “Xalq Heydər söyləyəcək” mahnısı və xalq rəqsləri ansamblının ifasında “Azərbaycan” süitası ifa olundu.

Tədbirin sonunda 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi publik hüquqi şəxsin direktoru Elza Orucova çıxış etdi.

Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı şəhərinin Nəsimi, Nərimanov və Suraxanı Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, YAP Nəsimi rayon təşkilatının və ADPU-nun Heydər Əliyev Mərkəzinin rəhbərliyi iştirak edirdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti