...

Naxçıvan Ali Məhkəməsinin saytı "GOV.AZ"a köçürüldü

Cəmiyyət Materials 22 Fevral 2023 13:53 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin elektron informasiya resursu yeni "http://nsupremecourt.gov.az/" domen adı ilə "AzStateNet" şəbəkəsinə köçürüldü.

Bu barədə Trend-ə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətindən bildirilib.

Qeyd edilib ki, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən Naxçıvan Muxtar Respublikasında dövlət orqanlarının internet səhifələrinin “GOV.AZ” zonasında qeydiyyatdan keçirilməsi və təhlükəsizliyinin gücləndirilməsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti