...

Həkim və müəllimlərin işdən çıxarılma yaşına yenidən baxılması təklif olunub

Cəmiyyət Materials 17 Mart 2023 12:41 (UTC +04:00)
Həkim və müəllimlərin işdən çıxarılma yaşına yenidən baxılması təklif olunub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Həkim və müəllimlərin işdən çıxarılması üçün qoyulan yaş həddinin artırılmasını təklif edilib.

Trend-in məlumatına görə, bu təkliflə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Milli Məclisin bu gün keçirilən iclasında çıxış edib.

O qeyd edib ki, həkim və müəllimlərin işçi kimi saxlanılmasında 65 yaş həddi ilə bağlı məsələyə yenidən baxılmalıdır.

“Rayonlarda xeyli vakant yerlərin olmasını nəzərə alaraq həkim və müəllimlərin təqaüd yaş həddi istisna olaraq 70 yaşa qədər artırılması məqsədəuyğun olardı. Naizrlər Kabinetindən bu məsələni nəzərə alınmasını xahiş edirəm”, - deyə o qeyd edib.

Xatırladaq ki, bu gün Azərbaycan hökuməti Milli Məclisdə hesabat verir, iclasda Baş nazir Əli Əsədov, nazirlər iştirak edir.

Xəbər lenti

Xəbər lenti