...

Baş Prokurorluq Zaqatalada konfrans təşkil edəcək

Cəmiyyət Materials 27 Mart 2023 11:14 (UTC +04:00)
Baş Prokurorluq Zaqatalada konfrans təşkil edəcək

Trend-i buradan izləyin

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən aprelin 4-də Zaqatalada qurumun mərkəzi aparatı və ətraf region prokurorluqlarının məsul əməkdaşlarının, hüquq-mühafizə orqanları və digər dövlət qurumlarının, təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə geniş konfrans təşkil ediləcək.

Trend xəbər verir ki, yüksək səviyyəli konfransda regional media nümayəndələri ilə yanaşı, qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, Baş Prokurorluq tərəfindən bundan əvvəl, Gəncə, Lənkəran, Şəki, Gədəbəy, Quba və Bərdə şəhərlərində də regional konfranslar təşkil olunub.

Xəbər lenti

Xəbər lenti