...

Bakıda metrodan istifadə edən sərnişinlərin sayı açıqlanıb

Cəmiyyət Materials 27 Mart 2023 20:29 (UTC +04:00)
Bakıda metrodan istifadə edən sərnişinlərin sayı açıqlanıb
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-fevral aylarında Bakıda metrodan istifadə edən sərnişinlərin sayı artıb.

Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Belə ki, dövr ərzində Bakıda metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 15,1 faiz artaraq 33,8 milyon nəfər olub.

Metrodan istifadə edən sərnişinlərin sayı ölkə üzrə sərnişinlərin 12,4 faizini təşkil edir. Belə ki, 2023-cü ilin yanvar-fevral aylarında nəqliyyatçılar 271,7 milyon sərnişinə xidmət göstəriblər. Sərnişinlərin 87,1 faizi avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti