...

İlahiyyat İnstitutunun fəaliyyəti barədə Masallı məktəbliləri məlumatlandırılıb - (FOTO)

Cəmiyyət Materials 12 Aprel 2023 15:26 (UTC +04:00)
İlahiyyat İnstitutunun fəaliyyəti barədə Masallı məktəbliləri məlumatlandırılıb - (FOTO)

Bakı. Trend:

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) fəaliyyəti, təhsil imkanları barədə ictimaiyyətin məlumatlandırılması, eyni zamanda, 2023-2024-cü tədris ili üzrə ali təhsil müəssisəsinə yüksəkintellektli və savadlı gənclərin cəlb olunmaları məqsədilə respublikanın bir sıra bölgələrində yerləşən orta məktəblərin yuxarı sinif şagirdləri üçün maarifləndirici xarakterli məlumatlandırma tədbirləri davam edir.

İnstitutdan Trend-ə verilən məlumata görə, növbəti səfər Masallı rayonuna olub. Tədbirdə abituriyentlər, orta məktəb müəllimləri, aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə giriş nitqi ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısının müavini Aybəniz Qafarova ölkəmizdə dövlət-din münasibətlərinin inkişafı istiqamətində atılan məqsədyönlü addımlar barədə məlumat verib. Azərbaycan İlahiyyat İnstitutunun qarşısında mühüm vəzifələrin dayandığını qeyd edən A.Qafarova ali təhsil müəssisəsinə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Masallı rayonu təhsil sektorunun müdiri Qoşqar Hətəmov çıxışında bildirib ki, ölkəmizdə təhsilalanların hərtərəfli inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi və keyfiyyətli təhsil almaları üçün lazım olan bütün şərait yaradılıb.

Aİİ rektoru Aqil Şirinov müasir Azərbaycanda dövlət-din münasibətlərinin sağlam təməllər üzərində qurulduğunu diqqətə çatdırıb. Bildirib ki, ölkəmizdə din sahəsinə, milli-mənəvi dəyərlərin qorunmasına böyük önəm verilir. Bu sahədə ulu öndər Heydər Əliyev tərəfindən yaradılan müdrik siyasi-mənəvi xətt Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rektor vurğulayıb ki, ölkəmiz bütün sahələrdə olduğu kimi, din sahəsində də nümunəvi ölkəyə çevrilib.

A.Şirinov daha sonra bildirib ki, ölkəmizdə dinlərarası və məzhəblərarası sabitliyi pozmağa çalışan yad qüvvələr bilməlidirlər ki, xalqımız belə təhdidlərə qarşı hər zaman birlikdə mübarizə aparacaq.

Aİİ rəhbəri İnstitutun məqsəd və hədəfləri haqqında ətraflı məlumat verib. Ali təhsil müəssisəsində mövcud ixtisaslar, keçirilən fənlər barədə söhbət açıb. A.Şirinov yüksəkixtisaslı mütəxəssis kadrların hazırlanması üçün Azərbaycan İlahiyyat İnstitutunda tam şəraitin yaradıldığını, təhsilin tamamilə ödənişsiz olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, qəbul olan abituriyentlər nəinki ödənişsiz təhsil alacaqlar, hətta yeməkpulu və pulsuz dərsliklərlə də təmin olunacaqlar. İlahiyyat İnstitutu sağlam dini düşüncəli, Vətənini, xalqını sevən, zəngin dünyagörüşlü gənclərimizin yetişməsi üçün bütün imkanlarını səfərbər edir.

Ali təhsil müəssisəsinin rektor köməkçisi Emin Orucov abituriyentlərə İnstituta qəbul qaydaları barədə məlumat verib. Bildirib ki, Aİİ-də magistratura və doktorantura səviyyələri üzrə də qəbul aparılır. E.Orucov xarici dillərə yiyələnmək imkanları; təqaüd proqramları; xaricdə təhsil; tələbələrin sosial həyatı; yay və qış məktəbləri haqqında ətraflı bəhs edib.

Tədbirdə Aİİ-nin fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti