...

Yaz ağac əkini mövsümündə meşə fondu torpaqlarında 1 milyon 24 mindən artıq ağac əkilib

Cəmiyyət Materials 16 Aprel 2023 01:30 (UTC +04:00)

Bakı. Trend:

Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşlarının iştirakı ilə meşə fondu torpaqlarında yeni meşə əkinləri və meşəbərpa tədbirləri davam edir.

Meşələrin İnkişafı Xidmətinin rəsmisi Vahid Fərzəliyev Trend-ə bildirib ki, təkcə bu gün Şəmkir rayonunun meşə fondu torpağında 6 mindən çox ağac əkilib.

Xidmət rəsmisinin sözlərinə görə, yaz ağac əkini mövsümü başlayandan bu günədək meşə fondu torpaqlarında ümumilikdə 1 milyon 24 mindən artıq ağac əkilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti