...

Yağış yağacaq, dolu düşəcək

Cəmiyyət Materials 27 Aprel 2023 19:00 (UTC +04:00)
Yağış yağacaq, dolu düşəcək

Bakı. Trend:

Aprelin 28-29-da əsasən gündüz saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qar yağacağı ehtimalı var.

Şərq küləyi 30-da bəzi yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.

Çaylarda sululuğun artacağı ehtimalı var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti