...

Buraxılış imtahanında 1 nəfər yüksək bal toplayıb, 19 nəfər isə imtahandan xaric olunub

Cəmiyyət Materials 28 Aprel 2023 15:50 (UTC +04:00)
Buraxılış imtahanında 1 nəfər yüksək bal toplayıb,  19 nəfər isə imtahandan xaric olunub
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İmtahanda ən yüksək nəticəni 295,4 bal toplayan Bakı şəhər Xətai rayon 25 saylı orta məktəbin cari il məzunu göstərib. Xatırladaq ki, imtahanda toplanılması mümkün olan maksimal bal 300-dür.

Bu barədə Trend-ə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, bu imtahanlarında iştirakı nəzərdə tutulan 27896 nəfərdən 2079 nəfər imtahana gəlməyib. 19 nəfər isə tələb olunan qaydaları pozduğu üçün imtahandan xaric olunub.

İmtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün DİM tərəfindən 11 may 2023-cü il tarixindən etibarən onlayn ("Zoom" proqramı və ya telefon əlaqəsi vasitəsilə) apellyasiya prosesi təşkil ediləcək. Apellyasiya komissiyasına müraciət etmək istəyənlər 1 may saat 10:00-dan 3 may saat 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apellyasiya təşkil olunmur. Apellyasiya müzakirəsində abituriyentin (şagirdin) iştirakı vacibdir. Bir iştirakçının ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti