...

Baş nazir Əli Əsədov Beynəlxalq Avtomobil Federasiyasının prezidenti ilə görüşüb

Cəmiyyət Materials 28 Aprel 2023 18:12 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov aprelin 28-də Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Məhəmməd Ben Sulayemlə görüşüb.

Trend-in məlumatına görə, görüşdə Formula 1 yarışlarının Azərbaycanda uğurla keçirildiyi vurğulanıb.

Azərbaycanda yol hərəkəti təhlükəsizliyinin artırılması və yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi istiqamətində görülən işlərə dair fikir mübadiləsi aparılıb.

Eyni zamanda Azərbaycan Avtomobil Federasiyası ilə Beynəlxalq Avtomobil Federasiyası arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti