Bakı. Trend:
Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində tıxac yaranıb.
Bu barədə Trend-ə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.
Hal-hazırda yollardakı vəziyyət:
1. Heydər Əliyev prospekti, kənar və əsas yol, mərkəz
istiqamətində;
2. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası
istiqamətində;
3. "20 Yanvar" dairəsində;
4. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə
kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;
5. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz
istiqamətində;
6. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;
7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən Ak. Həsən
Əliyev küçəsi istiqamətində;
8. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti
istiqamətində;
9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən
mərkəz istiqamətində;
10. Binəqədi şosesi, "Azadlıq Prospekti" metro stansiyası
istiqamətində sıxlıq müşahidə olunur.