Bakı. Trend:
Azərbaycanda univertetlər və kolleclər fəaliyyət göstərir. Ancaq kollec tələbələrinə hərbi xidmətdən möhlət hüququ tanınmır.
Trend-in məlumatına görə, bunu deputat Naqif Həmzəyev Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.
O qeyd edib ki, kollec tələbələri təhsillərini yarımçıq qoyub hərbi xidmətə gedir və bir çoxu qayıtdıqdan sonra təhsillərini davam etdirmir.
“Təklif edirəm ki, hərbi çağırışla bağlı kollec tələbələrinə müəyyən güzəştlər tətbiq edilsin”, - deyə deputat əlavə edib.