Bakı. Trend:
Bakıda və Abşeron yarımadasında mayın 13-ü axşamdan 15-i səhərədək şimal-qərb küləyinin 15-20 ms/, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir. 13-ü və 14-ü axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli
Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə,
Azərbaycanın rayonlarında mayın 13-dən 15-i axşamadək ölkə
ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.
Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı,
dolu düçəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı
var.
Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 18-23 m/s-dək güclənəcək.
Çaylarda sululuğun artacağı, bəzi kiçik çaylardan qısamüddətli
daşqın keçəcəyi ehtimalı var.