...

Bu il 20 min işsiz şəxs peşə hazırlığına cəlb ediləcək

Cəmiyyət Materials 2 İyun 2023 13:56 (UTC +04:00)
Bu il 20 min işsiz şəxs peşə hazırlığına cəlb ediləcək
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu il 20 min işsiz şəxsi peşə hazırlığına cəlb etməyi proqnozlaşdırırıq. Bunun üçün işlər görülür.

Trend-in məlumatına görə, bunu bu gün əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq və Əmək və sosial siyasət komitələrinin birgə keçirilən iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı deyib.

Nazir bildirib ki, hədəf ildə 30 min şəxsə peşə hazırlığı keçməkdir. “Bizim əsas hədəflərimizdən biri də ixtisaslı şəxslərin tez bir zamanda işlə təmin edilməsi, bundan başqa fərdi məşğulluq proqramlarına cəlb olunmasıdır. Amma bunu da qeyd edim ki, nazirliyin potensialı buna kifayət etmir. Bu səbəbdən də özəl tərəfdaşlarla əməkdaşlıq edilir”,- deyə nazir bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti