...

Qubada dolu düşüb - Faktiki hava

Cəmiyyət Materials 4 İyun 2023 22:57 (UTC +04:00)
Qubada dolu düşüb - Faktiki hava

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 4-ü saat 21:00-a olan məlumatına əsasən Ceyrançöl, Daşkəsən, Gədəbəy, Quba, Göygöl, Ağdam, Tovuz, Ağstafa, Yevlax, Gəncə, Şəmkir, Qrız, Quba, Qusar, Tərtər, Naxçıvanda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Trend-in məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, Quba rayonunun Qudyalçay-Qımıl məntəqəsinə saat 20:28-20:32 radələrində xırda dənəli dolu düşüb.

Çaylarda nisbətən sabit sululuq müşahidə olunmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti