...

Qəbul imtahanında iştirak edən 17 nəfərin nəticəsi ləğv edilib

Cəmiyyət Materials 6 İyun 2023 17:52 (UTC +04:00)
Qəbul imtahanında iştirak edən 17 nəfərin nəticəsi ləğv edilib

Bakı. Trend:

20-21 may 2023-cü il tarixlərində keçirilən qəbul imtahanlarında iştirak etmək üçün ərizə təsdiq etmiş 45308 abituriyentdən (II qrup üzrə 23162 nəfər, III qrup üzrə 22146 nəfər) 1865 nəfəri (II qrup üzrə 1199 nəfər, III qrup üzrə 665 nəfər) imtahanda iştirak etməyib.

Trend xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, imtahanda iştirak edən abituriyentlərdən 17 nəfəri qaydaları pozduqlarına görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti