...

Bəzi rayonlarda şimşək çaxıb, yağış yağıb

Cəmiyyət Materials 9 İyun 2023 09:36 (UTC +04:00)
Bəzi rayonlarda şimşək çaxıb, yağış yağıb

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 9-u saat 9:00-a olan məlumatına əsasən əksər rayonlarda hava şəraiti əsasən yağmursuz keçib, lakin 8-də axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxıb, qısamüddətli yağış yağıb.

Düşən yağıntının miqdarı Gəncədə 3 mm, Lerikdə 2 mm, Lənkəran, Astara, Göygöl, Yardımlıda 1 mm-dək olub.

Daşkəsən, Göygöl, Qax, Qrız, Lerikdə müşahidə olunub.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 27 dərəcəyədək isti, Naxçıvan MR-da 32 dərəcəyədək isti, dağlıq rayonlarda 13-17 dərəcə isti, aran rayonlarında 29 dərəcəyədək isti olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti