...

Qaradağ RİH-də şahmat üzrə Avropa çempionu və müəllimi ilə görüş keçirilib (FOTO)

Cəmiyyət Materials 10 İyun 2023 16:30 (UTC +04:00)
Qaradağ RİH-də şahmat üzrə Avropa çempionu və müəllimi ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Qaradağ rayon sakini Aqil Zaur oğlu İsrailov Albaniyanın Durres şəhərində keçirilən məktəblilərin Avropa çempionatında 17 yaşadək oğlanlar kateqoriyasında çıxış edərək çempionatın qızıl medalını Azərbaycana gətirib. Bu münasibətlə Qaradağ Rayon İcra Hakimiyyətində “Təhsil” Respublika İdman Mərkəzinin 11 nömrəli uşaq-gənclər idman məktəbi Publik hüquqi şəxsin şagirdi Aqil İsrailov və onun müəllimi Cavid Səmədovla görüş keçirildi.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov gənc şahmatçını və onun müəllimini ürəkdən təbrik etdi. Daha sonra Azərbaycan şahmatının ənənələrindən, Azərbaycanda təşkil edilib keçirilən Ümümdünya Şahmat Olimpiadası, beynəlxalq şahmat festivalları kimi tədbirlər haqda məlumat verdi.

Rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən bütün idman növlərinə olduğu kimi, Azərbaycan şahmatına da xüsusi diqqət və qayğı göstərildiyini bildirdi.

Avropa çempionu Aqil İsrailov rayon rəhbərliyi tərəfindən daim diqqət mərkəzində olduğunu bildirdi, gələcəkdə də etimadı doğruldacağına söz verdi.

Qaradağ rayonunda yerləşən “Təhsil” Respublika İdman Mərkəzinin 11 nömrəli uşaq-gənclər idman məktəbi Publik hüquqi şəxsin direktoru Natiq Ələkbərov göstərilən qayğıya görə dövlət başçısına öz təşəkkürünü bildirdi.

Görüşün sonunda rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov Aqil İsrailov və onun müəllimi Cavid Səmədova Qaradağ Rayon İcra Hakimiyyətinin fəxri fərmanı və qiymətli hədiyyə təqdim etdi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti