...

Bu il 11-ci sinfi bitirənlərin sayı açıqlanıb

Cəmiyyət Materials 14 İyun 2023 09:24 (UTC +04:00)
Bu il 11-ci sinfi bitirənlərin sayı açıqlanıb
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 707 279 nəfər təşkil edib.

Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Cari tədris ilində ümumi təhsil müəssisələrində 98649 nəfər XI sinfi, 145597 nəfər isə IX sinfi bitirir.

Bu tədris ilində ölkə üzrə 151 560 şagird birinci sinfi bitirir.

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 90 666 uşaq təhsil alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti