...

Yaşı 60-dan çox olan müəllimlər üçün xüsusi qrafiklə imtahan təşkil olunacaq

Cəmiyyət Materials 19 İyun 2023 15:07 (UTC +04:00)
Yaşı 60-dan çox olan müəllimlər üçün xüsusi qrafiklə imtahan təşkil olunacaq
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

60 və daha yuxarı yaşlı müəllimlər üçün sertifikasiya imtahanı keçirilə bilər.

Trend-in məlumatına görə, bu barədə Təhsil İnsitutunun mərkəz direktoru Nəzakət Mehdiyeva deyib.

“60 və daha yuxarı yaşlı müəllimlər üçün sertifikasiya imtahanında könüllü iştirak ilə bağlı qərar təsdiqləndikdən sonra həmin müəllimlər üçün xüsusi qrafiklə imtahan təşkil olunacaq”,- deyə o bildirib.

Qeyd edək ki, sabah 28 minə yaxın müəllim sertifikasiya imtahanında iştirak edəcək. 8500 nəfər Azərbaycan dili və ədəbiyyat, 19 500 nəfər isə ibtidai sinif üzrə prosesə cəlb olunacaq. İmtahan gün ərzində, səhər və günorta olmaqla iki seans təşkil ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti