Bakı. Trend:
29 ildir təsdiqlənir ki, valideynlərindən azı biri ali təhsilli olan abituriyentlər daha çox bal toplayırlar.
Trend-in məlumatına görə, bunu bu gün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə "İnsan Resursları Zirvəsi 2023" tədbirində panel çıxışı zamanı deyib.
“Nəticələr onu göstərir ki, 50 faizə yaxın məzun xarici dili ilkin orta (B1) səviyyədə bilir. Biz hər il bilirik ki, kimlər hansı bilik səviyyəsi ilə əmək bazarına daxil olur. Bacarıqları ölçmək üçün müəyyən alətlər də var. Lakin yumşaq bacarıqları ölçən alətlər biz də işləmir. Gələcəkdə tətbiqi nəzərdə tutulur”,- deyə o bildirib.